Vakansiyalar

Rəqəmsal sistemlərin dəstəklənməsi şöbəsinin Kiçik mütəxəssisi, Junior Software Support Specialist

Son müraciət tarixi: 31.07.2026

Rəqəmsal Tibbi Həllər MMC rəqəmsallaşma proseslərini həyata keçirmək, İT infrastrukturunu inkişaf etdirmək və idarə etmək məqsədi ilə fəaliyyət göstərir.


Missiyamız:
Tibbi xidmətlərin keyfiyyətini artırmaq üçün texnologiya və rəqəmsal həllər vasitəsilə innovativ inkişafı dəstəkləmək.


Vizyonumuz:
Tibbi sahədə davamlı rəqəmsal inkişafı təmin etmək və bu prosesdə yüksək peşəkarlıq nümayiş etdirmək.


Vakansiya haqqında:
Komandamıza Junior Software Support Specialist axtarılır. Bu vəzifədə siz proqram təminatları və rəqəmsal platformalar üzrə istifadəçi sorğularının qəbul edilməsi və idarə olunması, problemlərin ilkin diaqnostikası, insidentlərin izlənilməsi, istifadəçilərə dəstəyin göstərilməsi və texniki komandalarla koordinasiya proseslərində iştirak edəcəksiniz.


Vəzifə öhdəlikləri:

  • İstifadəçilərdən daxil olan müraciətlərin qəbul edilməsi və qeydiyyata alınması;
  • Proqram təminatı və sistemlərlə bağlı problemlərin ilkin araşdırılması və həlli;
  • İnsident və xidmət sorğularının müəyyən edilmiş SLA tələblərinə uyğun idarə olunması;
  • Həll edilməyən müraciətlərin aidiyyəti texniki komandaya eskalasiya edilməsi;
  • İstifadəçilərlə davamlı kommunikasiya və status məlumatlarının paylaşılması;
  • Sistemlərdə yaranan təkrarlanan problemlərin müəyyən edilməsi və təkmilləşdirmə təkliflərinin verilməsi;
  • Bilik bazasının, istifadəçi təlimatlarının və texniki sənədlərin hazırlanmasına dəstək göstərilməsi.
  • Müəssisələrə yerində dəstək göstərilməsi məqsədilə ölkə üzrə ezamiyyətlərdə iştirak etmək.


Tələblər:

  • Proqram təminatı və veb sistemlər haqqında ümumi biliklər;
  • Windows əməliyyat sistemi və Microsoft Office proqramları ilə işləmək bacarığı;
  • Problemlərin diaqnostikası və həlli bacarığı;
  • Jira, Redmine və digər Ticketing/Service Desk sistemləri üzrə biliklər üstünlük hesab olunur.
  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kompüter Mühəndisliyi və ya əlaqəli sahələr üzrə ali təhsil.
  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı.


Biz nə təklif edirik :  


  • Seçilə bilən çevik iş rejimi; ·      
  • İnkişaf yönümlü və innovativ iş mühitində çalışma imkanı; ·      
  • Müasir texnologiyalar və proqram təminatları ilə işləmək imkanı; ·      
  • Karyera inkişafı və daxili yüksəliş perspektivləri; ·      
  • Push30 və digər korporativ loyallıq proqramlarından yararlanmaq imkanı.


Əgər texnologiyalara marağınız, yüksək məsuliyyət hissiniz və komanda ilə effektiv əməkdaşlıq bacarığınız varsa, sizi potensial əməkdaş kimi görməkdən məmnun olarıq.


Uyğun namizədlərdən müraciətlərini (CV/Resume) talent@rth.gov.az elektron poçt ünvanına “Junior Software Support Specialist” başlığı ilə göndərmələri xahiş olunur.


Qeyd: Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaqdır.